Ronaldu İrlandiya yığmasına qarşı oyundan qovulmasına istehzalı reaksiya verib
- 14 noyabr, 2025
- 03:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştianu Ronaldu DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində IX turunda İrlandiya yığmasına qarşı oyunun 59-cu dəqiqəsində birbaşa qırmızı vərəqə almasına istehzalı reaksiya verib.
"Report"un xəbərinə görə, futbolçu meydandan qovularkən baş barmaqlarını qaldırıb.
Hakim əvvəlcə 40 yaşlı futbolçuya müdafiəçi Dara O Şini arxadan dirsəklə vurduğuna görə sarı vərəqə göstərib, lakin monitorda epizodu nəzərdən keçirdikdən sonra onu meydandan qovub.
Qeyd edək ki, qarşılaşma İrlandiya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dörd turdan sonra İrlandiya millisinin dörd xalı var və turnir cədvəlində F qrupunda üçüncü yerdədir. Portuqaliya yığması 10 xalla birinci yerdə qərarlaşıb.