Ronaldu indiyədək qarşılaşdığı ən yaxşı futbolçunun adını açıqlayıb

Ronaldu indiyədək qarşılaşdığı ən yaxşı futbolçunun adını açıqlayıb Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu indiyədək oynadığı ən güclü futbolçunun adını açıqlayıb.
Futbol
6 Sentyabr , 2021 14:38
Ronaldu indiyədək qarşılaşdığı ən yaxşı futbolçunun adını açıqlayıb

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu indiyədək meydanda üz-üzə gəldiyi ən güclü futbolçunun adını açıqlayıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu britaniyalı tanınmış jurnalist Pirs Morqanla söhbətində Fransa PSJ-sində çıxış edən Lionel Messinin adını çəkib.

Ronaldu Morqana özünün isə ən yaxşı futbolçu olduğunu söyləyib.

Xatırladaq ki, təcrübəli forvard "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb. O, 2003 - 2009-cu illərdə də "qırmızı şeytanlar"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi