İtaliya "Yuventus"undakı maliyyə problemlərinin səbəbi açıqlanıb.
"Report" "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, hazırkı çətinliklər klubun 500 milyon avrodan çox səmərəsiz investisiyaları ilə bağlıdır.
İddiaya görə, problemlər Turin təmsilçisinin argentinalı futbolçu Qonsalo İquaini transfer etməsindən sonra başlayıb. "Qoca sinyora" hücumçunun keçidi üçün 91 milyon avro ödəyib. Oyunçunun mövsümlük maaşı isə 7,5 milyon avro olub. Hazırda İngiltərə “Mançester Yunayted”ində çıxış edən Kiştianu Ronaldu ilə əməkdaşlıq isə "Yuventus"a 277 milyon avroya başa gəlib. Buraya transfer haqları, məvacib və digər xərclər daxildir.
Uğursuz transfer əməliyyatları arasında Duqlas Kosta (87 milyon avro), Artur (85 milyon avro), Federiko Bernardeski (73 milyon avro), Deyan Kuluşevski (49 milyon avro), Adrien Rabyo (29 milyon avro) Marko Pyatsa (32 milyon avro) və Kristian Romeronun (28 milyon) heyətə cəlb olunmaları da yer alıb.