Bakı. 3 may. REPORT.AZ/ İspaniyanın "Real" klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldu Çempionlar Liqasının ilk yarımfinal matçında "Atletiko"nun qapısına 3 qol vuraraq het-trik (3:0) edib.
"Report" xəbər verir ki, o bunun sayəsində ardıcıl olaraq iki "play-off" matçında het-trik edən futbolçu kimi ÇL tarixinə düşüb.
Bundan əvvəl Kriştianu turnirin 1/4 finalının cavab oyununda "Bavariya"nın qapısına 3 qol vurub (əlavə vaxtda 4:2).