Ronaldu Çempionlar Liqasındakı rekordlarını paylaşıb

Ronaldu Çempionlar Liqasındakı rekordlarını paylaşıb İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasındakı rekordları barədə paylaşım edib.
Futbol
1930
22 Oktyabr , 2021 11:34
Ronaldu Çempionlar Liqasındakı rekordlarını paylaşıb

İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasındakı rekordları barədə paylaşım edib.

"Report"un məlumatına görə, portuqaliyalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində çıxış etdiyi 3 komandanın formasında kollaj hazırlatdırıb. "Mançester Yunayted"dən əlavə, İspaniya "Real Madrid"i və İtaliya "Yuventus"unda oynamış 36 yaşlı forvard fotoya rekordlarını da həkk etdirib: 179 matç, 137 qol, 5 qat qalib.

"Çempionlar Liqasının energetikası. Bu turniri sevirəm", - deyə o əlavə edib.

Qeyd edək ki, Kriştianu Ronaldu Çempionlar Liqasının III turunda İtaliya "Atalanta"sını 3:2 hesabı ilə yendikləri qarşılaşmada dubla imza atıb. Bununla da 3 oyundan 6 xal toplayan "Mançester Yunayted" F qrupunda 1-ci pilləyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi