Ronaldu cari mövsümdə A Seriyasında bütün komandalara qol vurmuş hücumçu oldu

Ronaldu cari mövsümdə A Seriyasında bütün komandalara qol vurmuş hücumçu oldu İtaliyanın "Yuventus" komandasının hücumçusu Kriştianu Ronaldu A Seriyasının "Krotone"yə qarşı oyununda dubl edib
Futbol
123
23 Fevral , 2021 01:40
Ronaldu cari mövsümdə A Seriyasında bütün komandalara qol vurmuş hücumçu oldu
Kriştianu Ronaldu

İtaliyanın "Yuventus" komandasının hücumçusu Kriştianu Ronaldu A Seriyasının "Krotone"yə qarşı oyununda (3:0) dubl edib.

“Report” xəbər verir ki, portuqaliyalı futbolçu bununla cari mövsümdə A Seriyasında bütün rəqib komandaların qapılarına qol vurmuş hücumçu olub.

Qeyd edək ki, Ronaldu matçın 38-ci və sonuncu dəqiqəsində fərqlənib.

O, 2020/2021 mövsümündə 19 matçda iştirak edərək 18 qol vurub, habelə 2 məhsuldar ötürmə edib.

"Yuventus" 21 matçda 42 xal toplayıb. Komanda A Seriyasının 2020/2021 mövsümünün yarış cədvəlində altıncı yer tutur. "Krotone" 12 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb. Turnirin lideri "İnter"dir. Komanda 53 xalla birinci yerdədir.

Son xəbərlər

Orphus sistemi