Bakı. 22 noyabr. REPORT.AZ/ İspaniyanın "Real" klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldu Çempionlar Liqasının APOEL-ə qarşı keçirilən oyununda dubl edib.
“Report” xəbər verir ki, 32 yaşlı hücumçu bununla da, bir təqvim ilində turnirdə 18 qol vurmaqla öz rekordunu yeniləyib.
Görüş "Kral klubu"nun 6:0 hesablı qələbəsi ilə başa çatıb.