Ronaldu bir matçda 3 rekorda imza atıb

Ronaldu bir matçda 3 rekorda imza atıb İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştiano Ronaldo Portuqaliya və Qətər milliləri arasında keçirilən yoldaşlıq oyununda 3 rekorda imza atıb.
Futbol
10 Oktyabr , 2021 02:15
Ronaldu bir matçda 3 rekorda imza atıb
Kriştianu Ronaldu

İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştianu Ronaldu Portuqaliya və Qətər milliləri arasında keçirilən yoldaşlıq oyununda 3 rekorda imza atıb.

“Report” xəbər verir ki, bu, 36 yaşlı futbolçunun yığmada 181-ci oyunu olub. Bu, Avropa oyunçuları üçün tarixdəki ən yaxşı rekorddur. O, Qətərlə matçda meydana daxil olaraq, ispan həmkarı Serxio Ramosu qabaqlayıb.

Qeyd edək ki, dünya üzrə rekord Malayziya hücumçusu Çox Çin Auna məxsusdur. O, millinin heyətində 195 oyun keçirib.

Ronaldu matçın 37-ci dəqiqəsində fərqlənib. Bu, hüçumçunun milli səviyyəsində 112-ci qolu olub. Beləliklə, o, milli komandada vurduğu qol rekordunun sayını artırıb. Bundan əlavə, Ronaldu karyerasında milli komandanın heyətində 46-cı qolunu vurub - bu da dünya rekordudur.

Ronaldu 2003-cü ildən Portuqaliya millisində çıxış edir. O, milli komandanın heyətində 2012 Avropa çempionatının bürünc, 2004-cü ildə gümüş medalçısı, 2016-cı ildə Avropa çempionu olub. Hücumçu 2019-cu ildə Millətlər Liqasının qızıl medalını qazanıb.

Son xəbərlər

Orphus sistemi