Ronaldu Avropa yığmalarında oyun sayında üçüncü yerə çıxdı

Ronaldu Avropa yığmalarında oyun sayında üçüncü yerə çıxdı İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu Portuqaliya millisinin heyətində 167-ci matçına çıxıb.
Futbol
12 Oktyabr , 2020 00:20
Ronaldu Avropa yığmalarında oyun sayında üçüncü yerə çıxdı
Kriştianu Ronaldu

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu Portuqaliya millisinin heyətində 167-ci matçına çıxıb.

"Report"un məlumatına görə, 35 yaşlı hücumçu UEFA Millətlər Liqasında III turun Fransa ilə səfər qarşılaşmasında start heyətdə yer alıb. Ronaldu öz ölkəsinin futbolçularından ən yaxın izləyicisi Luis Fiqunu 40 oyun geridə qoyub.

Avropada o, latviyalı Vasili Astafyev və ispaniyalı İker Kasilyasa çatıb. Təcrübəli forvardla müqayisədə italiyalı Canluici Buffon (176) və ispaniyalı Serxio Ramos (174) yığmada daha çox oyun keçirib.

Dünyada isə Ronaldu hazırda Astafyev və Kasilyasla birgə 11-ci yeri bölüşür. Növbəti matçında o, ilk "10-luğ"a daxil olacaq.

Qeyd edək ki, rekord misirli Əhməd Həssənə (184) məxsusdur.

Son xəbərlər

Orphus sistemi