Ronaldu ardıcıl 5-ci dəfə Çempionlar Liqasının ən yaxşı bombardiri olub
Futbol
- 04 iyun, 2017
- 08:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyun. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu yenidən Çempionlar Liqasının ən yaxşı bombardiri olub. "Report"un məlumatına görə, portuqaliyalı hücumçu İtaliya "Yuventus"u ilə final matçındakı "dubl" sayəsində aktivindəki qolların sayını 12-yə çatdırıb.
Bununla da 32 yaşlı oyunçu ardıcıl 5-ci, karyerasında 6-cı dəfə turnirin ən məhsuldar oyunçusuna çevrilib. Ümumilikdə isə o, 105 qol vurub ki, bu da Çempionlar Liqası tarixinin ən yaxşı göstəricisidir.
Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının final matçında İtaliya "Yuventus"unu böyük hesabla yenib. Qollardan 2-ni Kriştianu Ronaldu vurub. Onun 2-ci qolu karyerasında 600-cü olub.
Son xəbərlər
08:45
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.10.2026)
Maliyyə
08:34
ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək
Digər ölkələr
08:23
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:19
Qaradağda selin dağıtdığı körpünün yerində yenisi inşa edilib
İnfrastruktur
07:49
Vanuatu sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
07:31
ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib
Digər ölkələr
07:20
Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb
Digər ölkələr
06:52
Serbiyada DİN-də islahatlar aparılması təklif edilib
Digər ölkələr
06:24
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
Digər ölkələr