Ronaldu 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vuracaq

Ronaldu 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vuracaq İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu cari mövsümü titulsuz başa vuracaq.
Futbol
10 Aprel , 2022 10:41
Ronaldu 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vuracaq
Kriştianu Ronaldu

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu cari mövsümü titulsuz başa vuracaq.

"Report" xəbər verir ki, bu, "qırmızı şeytanlar"ın Premyer Liqanın XXXII turunda səfərdə "Everton"a 0:1 hesabı ilə uduzmasından sonra dəqiqləşib. Mankunyanlar bu məğlubiyyətlə çempionluq şansını itiriblər.

Hazırda 51 xalla 7-ci pillədə qərarlaşan komanda sona 7 tur qalmış lider "Mançester Siti"dən 22 xal geridədir.

Qeyd edək ki, Kriştianu Ronaldu klub səviyyəsində ilk titulunu 2006-cı ildə "Mançester Yunayted"in heyətində İngiltərə Liqa Kubokunu qazanmaqla əldə edib.

Son xəbərlər

Orphus sistemi