Ronaldinyo saxta pasportla saxlanıldı

Ronaldinyo saxta pasportla saxlanıldı Braziliya millisinin və İspaniya “Barselona”sının sabiq futbolçusu Ronaldinyo Paraqavayda həbs edilib.
Futbol
7 mart 2020 03:21
Ronaldinyo saxta pasportla saxlanıldı
google.az

Braziliya millisinin və İspaniya “Barselona”sının sabiq futbolçusu Ronaldinyo Paraqavayda həbs edilib.

“Report” xəbər verir ki, bu barədə “Ultima Hora” nəşri məlumat yayıb. 40 yaşlı sabiq yarımmüdafiəçi qardaşı Roberto de Assis Moreyra ilə birgə saxta pasportla ölkəyə girdikdən sonra saxlanılıb.

“Hazırda Ronaldinyo və qardaşı məhkəməyə qədər qalacaqları Milli Polis Xüsusi Qrupuna aparılıb” - deyə, məlumatda qeyd olunub.

Paraqvay prokurorluğu Braziliya vətəndaşı, Ronaldinyonun agenti Vilmondes Sous Liranı saxta sənədlərlə ölkəyə daxil olduğuna görə saxlayıb və barəsində həbs qərarı verib. 

Son xəbərlər

Orphus sistemi