Ronald Kuman: Rumıniya millisinə hücum imkanı vermədik

Ronald Kuman: Rumıniya millisinə hücum imkanı vermədik Rumıniya millisinə hücum imkanı vermədik.
Futbol
2 İyul , 2024 22:56
Ronald Kuman: Rumıniya millisinə hücum imkanı vermədik

Rumıniya millisinə hücum imkanı vermədik.

"Report" xəbər verir ki, bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Rumıniyaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 1/4 finala yüksəldikləri üçün sevincli olduqlarını söyləyib:

"Bəzən oyuna yaxşı start vermirsən, amma istədiyin nəticəni əldə edirsən. Bunun izahını vermək çətindir. Qarşılaşmaya istədiyimiz kimi başlamadıq. Lakin gedişat xeyrimizə oldu. İkinci qolu gec vurduq. Rumıniya millisinə hücum imkanı vermədik".

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Rumıniyaya 3:0 hesabı ilə qalib gələn Niderland növbəti mərhələyə yüksəlib. 1/4 finalda rəqib Avstriya - Türkiyə cütünün qalibi olacaq.

Son xəbərlər

Orphus sistemi