Roman Qriqorçuk Ukraynanın "Dinamo" komandasına rəhbərlik edə bilər

Roman Qriqorçuk Ukraynanın "Dinamo" komandasına rəhbərlik edə bilər "Qəbələ" klubunun baş məşqçisi 3 namizəddən biridir
Futbol
16 Mart , 2017 16:06
Roman Qriqorçuk Ukraynanın Dinamo komandasına rəhbərlik edə bilər
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ "Qəbələ" klubunun ukraynalı baş məşqçisi Roman Qriqorçuk Kiyevin  "Dinamo" komandasına rəhbərlik edə bilər.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın "Futbol Transferləri" nəşri məlumat yayıb.

Bildirilir ki, Kiyev təmsilçisinin prezidenti İqor Surkis hazırkı baş məşqçi Sergey Rebrovu əvəzləmək üçün 3 variantı gözdən keçirir. "Dinamo"nun rəhbəri Qriqorçukla yanaşı, Almaniyanın "Verder" komandasının baş məşqçisi Viktor Skripnik və Moskva "Dinamo"sunun "sükanı arxasında" olan Yuri Kalitvintsev arasında seçim edir.

Qeyd edək ki, Kiyev "Dinamo"su hazırda Ukrayna çempionatında 43 xalla 2-ci pillədə qərarlaşıb. Paytaxt klubu lider "Şaxtyor"dan 16 xal geri qalır. 

Son xəbərlər

Orphus sistemi