Roman Qriqorçuk: "Növbəti oyunadək yeni futbolçu almalıyıq"

Roman Qriqorçuk: "Növbəti oyunadək yeni futbolçu almalıyıq" "Bundan sonra da hamımız birgə daha böyük tarix yazmaqda davam edəcəyik".
Futbol
23 İyul , 2015 23:55
Roman Qriqorçuk: Növbəti oyunadək yeni futbolçu almalıyıq

Bakı. 23 iyul. REPORT.AZ/ "Bütün azarkeşlərə minnətdaram. Bu, bizə çox lazım idi. Təkcə "Qəbələ" yox, Azərbaycan azarkeşlərini görmək xoşdur. Biz onların etimadını doğrultduq". "Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Serbiya "Çukariçki"si ilə Avropa Liqasının II təsnifat mərhələsindəki cavab oyunundan sonra deyib.

O bildirib ki, lazımi oyunu ilk matçda göstərə bilmədiklərindən, uduzublar. Bugünkü qarşılaşmada isə komandası hər cəhətdən qələbəyə layiq olduğunu göstərib: "Bu gün mənim üçün önəmlisi odur ki, meydanda komanda var idi. Sergey Zenyov və ya Dmitri Bezotosnının güclü oyun göstərdiyini deməyim düzgün olmaz. Kimisə ayıra bilmərəm. Bugünkü qələbəmiz tam qanunauyğundur".

Ukraynalı mütəxəssisin sözlərinə görə, Kipr "Apollon"u ilə növbəti mərhələdəki oyunadək yeni oyunçu transfer etmək lazımdır: "Bu, hələ "Çukariçki" ilə oyunlaradək planımızda idi. Biz sabah sifariş ərizəmizi verməliyik. Hələ yeni transfer sifariş edə bilmərik. Amma oyuna bir gün qalmışadək vaxtımız var. Növbəti oyunadək yenisini almalıyıq. Bir oyunçu almağımıza icazə var. Bu şansdan mütləq yararlanmalıyıq".

Qriqorçukun sözlərinə görə, "Bakcell Arena" yalnız qələbəni haqq edir. Baxmayaraq ki, indiyədək burada avrokubok qələbəsi olmayıb. Stadiona çıxanda tüklərim biz-biz olmuşdu. Tarixə düşməyimə gəldikdə, hələlik hər şey qaydasında gedir. Bundan sonra da hamımız birgə daha böyük tarix yazmaqda davam edəcəyik". 

Son xəbərlər

Orphus sistemi