"Roma" və "Portu" komandalarının oyununda dava düşüb

"Roma" və "Portu" komandalarının oyununda dava düşüb İtaliyanın "Roma" və Portuqaliyanın "Portu" komandaları arasında yoldaşlıq matçında insident baş verib.
Futbol
29 İyul , 2021 18:15
Roma və Portu komandalarının oyununda dava düşüb

İtaliyanın "Roma" və Portuqaliyanın "Portu" komandaları arasında yoldaşlıq matçında insident baş verib.

"Report"un məlumatına görə, buna Portu təmsilçisinin kapitanı Pepenin "canavarlar"ın yarımmüdafiəçisi Henrix Mxitaryana qarşı kobud oyunu səbəb olub.

38 yaşlı oyunçunun müdaxiləsindən sonra yerə yıxılan erməni futbolçu buna cavab olaraq, rəqibini vurmaq istəyib. Digər futbolçular və klub rəsmilərinin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi