"Roma" və "Latsio" yenidən məşqlərə başlayırlar

"Roma" və "Latsio" yenidən məşqlərə başlayırlar Roma futbol klubu hakimiyyət orqanlarından icazənin alınmasından sonra mayın 6-dan rəsmən yenidən məşq prosesinə başladığını elan edib.
Futbol
3 May , 2020 06:57
Roma və Latsio yenidən məşqlərə başlayırlar

"Roma" futbol klubu hakimiyyət orqanlarından icazənin alınmasından sonra mayın 6-dan rəsmən yenidən məşq prosesinə başladığını elan edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Roma” futbol klubunun rəhbərliyi idman növlərinə karantin tədbirlərinin yumşaldılmasına görə Latsio regionunun hakimiyyətinə təşəkkür etmək istərdi. Gələn həftə oyunçularımız tibbi müayinələrdən keçəcəklər və Triqorii məşq mərkəzində təhlükəsizlik qaydalarına riayət etməklə fərdi məşqlərə başlayacaqlar”, - klubun "Twitter”dəki bəyanatında bildirilir.

Qeyd edilir ki, “Latsio” da həmçinin məşqlərə başlaya bilər.

Dünən "Sassuolo" A Seriyasının mayın 4-dən məşqlərə başlayacaq ilk klubu olub. Bu komanda ilə yanaşı, "Parma" və "Bolonya” da məşqlərə başlayacaq. 

Son xəbərlər

Orphus sistemi