"Roma"nın kapitanı: "Qarabağ” mübarizə aparmağa hazır olduğunu göstərdi"

"Roma"nın kapitanı: "Qarabağ” mübarizə aparmağa hazır olduğunu göstərdi" "Bu komandanı səfərdə 2:1 hesabı ilə məğlub etdiyimiz üçün üzr istəməyimizi tələb edirdilər"
Futbol
1 Noyabr , 2017 13:47
Romanın kapitanı: Qarabağ” mübarizə aparmağa hazır olduğunu göstərdi

Bakı. 1 noyabr. REPORT.AZ/ “Romada Çempionlar Liqası matçları zamanı böyük futbol gecələri tez-tez olmur. “Çelsi”ni bir neçə ilə əvvəl necə məğlub etdiyimizi xatırlayıram. İnsanlar bu qələbəni da yadda saxlayacaqlar”. 

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, bunu İtaliya “Roma”sının futbolçusu Daniele De Rossi Çempionlar Liqasının qrup mərhələsinin IV turunda evdə İngiltərənin “Çelsi” klubu üzərində 3:0 hesablı qələbəni dəyərləndirərkən deyib.

Paytaxt təmsilçisinin 34 yaşlı kapitanı “Roma” ilə birgə C qrupunda yer alan “Qarabağ”ın İspaniyada “Atletiko” ilə 1:1 hesabı ilə heç-heçə etməsinə də toxunub. O, bildirib ki, Ağdam komandası bu nəticə ilə mübarizə aparmağa hazır olduğunu göstərib: “Bizə çox az adam inanırdı, lakin hazırda qrupda liderik. Lakin bu hələ son deyil, irəlidə çətin matçlarımız var. “Qarabağ” da mübarizə aparmağa hazır olduğunu göstərdi. Onları səfərdə 2:1 hesabı ilə məğlub etdiyimiz üçün üzr istəməyimizi tələb edirdilər. Fikirlər çox tez dəyişir”.

Qeyd edək ki, 4 turdan sonra “Roma” 8 xalla C qrupunun lideridir. İngiltərənin “Çelsi” komandasının 7, “Atletiko”nun 3, “Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi