"Roma"nın futbolçusu övladları önündə silahlı basqına məruz qaldı

"Roma"nın futbolçusu övladları önündə silahlı basqına məruz qaldı Evdən zinət və digər qiymətli əşyalar götürülüb
Futbol
16 Aprel , 2021 13:52
Romanın futbolçusu övladları önündə silahlı basqına məruz qaldı
Kris Smollinq

İtaliyanın "Roma" klubunun futbolçusu Kris Smollinqi silahlı şəxslər qarət edib.

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi həyat yoldaşının və iki azyaşlı övladının qarşısında soyulub.

İki şəxs bu gün Smollinqin evinə basqın edərək, onu seyfi açmağa məcbur edib. Evdən zinət və digər qiymətli əşyalar götürülüb.

Qeyd edək ki, Kris Smollinq 2020-ci ildən "Roma"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi