"Roma"nın futbolçuları 4 aylıq maaşlarından imtina etdi

"Roma"nın futbolçuları 4 aylıq maaşlarından imtina etdi İtaliyanın Roma klubunun futbolçuları 4 aylıq maaşlarından imtina ediblər.
Futbol
251
19 Aprel , 2020 18:04
Romanın futbolçuları 4 aylıq maaşlarından imtina etdi

İtaliyanın "Roma" klubunun futbolçuları 4 aylıq maaşlarından imtina ediblər.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qərar koronavirus pandemiyası səbəbindən maliyyə böhranını aradan qaldırmağa və klub işçilərini işdən çıxarmamağa kömək edəcək. 

Futbolçularla yanaşı baş məşqçi Paulo Fonseka və məşqçilər heyəti də bu addımı atıblar. 

Qeyd edək ki, İtaliya A Seriyası XXVI turdan sonra dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. "Roma" 45 xalla 5-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi