Mourinyo Mxitaryanı "Roma"da görmək istəmir

Mourinyo Mxitaryanı "Roma"da görmək istəmir Səbəb paytaxt təmsilçisində baş məşqçi postuna Joze Mourinyonun gətirilməsidir
Futbol
7 May , 2021 11:32
Mourinyo Mxitaryanı Romada görmək istəmir
Henrix Mxitaryan

İtaliyanın "Roma" klubu yay transfer dönəmində futbolçusu Henrix Mxitaryanla yollarını ayıra bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, səbəb paytaxt təmsilçisinin baş məşqçi postuna Joze Mourinyonun gətirilməsidir.

Portuqaliyalı mütəxəssisin 32 yaşlı erməni yarımmüdafiəçi ilə münasibətləri qaydasında deyil.

Qeyd edək ki, Henrix Mxitaryanın klubla müqaviləsi yayda başa çatacaq. "Roma" onunla yeni sözləşməni yeniləmək niyyətində deyil.

Son xəbərlər

Orphus sistemi