"Roma" müdafiəçisi ilə müqavilənin müddətini uzadıb

"Roma" müdafiəçisi ilə müqavilənin müddətini uzadıb İtaliyanın Roma komandası futbolçusu Aleksandar Kolarovla müqavilənin müddətini uzadıb.
Futbol
7 Yanvar , 2020 17:57
Roma müdafiəçisi ilə müqavilənin müddətini uzadıb

İtaliyanın "Roma" komandası futbolçusu Aleksandar Kolarovla müqavilənin müddətini uzadıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçinin yeni sözləşməsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub. Oyunçunun müqavilə şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Aleksandar Kolarov 2017-ci ildən "Roma"da çıxış edir. Serbiya yığmasının üzvü bu mövsüm İtaliya A Seriyasında 18 matçda iştirak edib. O, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi