"Roma" klubunun 9 ay ərzindəki itkisi açıqlandı

"Roma" klubunun 9 ay ərzindəki itkisi açıqlandı İtaliyanın Roma klubunun 2019/2020 maliyyə ilinin 9 ay ərzindəki itkisi bəlli olub.
Futbol
6 İyun , 2020 14:01
Roma klubunun 9 ay ərzindəki itkisi açıqlandı

İtaliyanın "Roma" klubunun 2019/2020 maliyyə ilinin 9 ay ərzindəki itkisi bəlli olub. 

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi zərəri martın 31-dək 126.4 milyon avroya çatıb. 

Bir il əvvəl bu göstərici 29,5 milyon avrodur. Martın 31-dək "Roma"nın xalis maliyyə borcu 280.5 milyon avro olub. 

Klubun itkilərlə üzləşməsi Çempionlar Liqasında oynamaması və koronavirus pandemiya ilə əlaqədardır. 

Qeyd edək ki, mart ayında koronavirusa görə dayandırılan İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq. 26 oyuna 45 xal toplayan "Roma" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi