"Roma" "Çelsi"nin hücumçusunu transfer edib

"Roma" "Çelsi"nin hücumçusunu transfer edib İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
17 Avqust , 2021 14:33
Roma Çelsinin hücumçusunu transfer edib

İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Çelsi" klubunun hücumçusu Temmi Abraham transfer edilib.

İngiltərəli oyunçu ilə 5 illik müqavilə imzalanıb. "Canavarlar" 24 yaşlı forvard üçün qarşı tərəfə 40 milyon avro ödəyib. Məbləğ müxtəlif bonuslar səbəbindən arta bilər. "Zadəganlar" Abrahamın gələcək satışından da pay alacaq.

Qeyd edək ki, Temmi Abraham 2016-cı ildən "Çelsi"də çıxış edir. 2019-cu ilədək müxtəlif klublara icarəyə verilən hücumçu London təmsilçisinin heyətində 82 oyuna çıxıb və 30 qol vurub.

Son xəbərlər

Orphus sistemi