Roberto Mançini daha iki braziliyalı futbolçunu İtaliya millisinə cəlb edir

Roberto Mançini daha iki braziliyalı futbolçunu İtaliya millisinə cəlb edir Qətərdə keçiriləcək dünya çempionatının pley-off oyunlarına iki ay qalmış İtaliya yığmasının baş məşqçisi Roberto Mançini kadr problemi ilə üzləşib.
Futbol
735
24 Yanvar , 2022 14:43
Roberto Mançini daha iki braziliyalı futbolçunu İtaliya millisinə cəlb edir
Roberto Mançini

İtaliya yığmasının baş məşqçisi Roberto Mançini Qətərdə keçiriləcək dünya çempionatının pley-off oyunlarına iki ay qalmış kadr problemi ilə üzləşib.

"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis bunu radikal şəkildə həll etmək niyyətindədir.

Mançini daha iki Braziliya əsilli oyunçunu yığmaya cəlb etməyi düşünür. Bunlar "Latsio"da çıxış edən Luis Felipe və "Kalyari"də oynayan Joao Pedrodur. Hər iki oyunçunun qarşıdakı matçlarda millidən dəvət alacağı gözlənilir.

Qeyd edək ki, Luis Felipe və Joao Pedro Braziliyanın aşağı yaş qruplarından ibarət yığmalarına çağırılıb. Hazırda İtaliya seçməsinin formasını geyinən Jorjinyo və Emerson da Braziliya əsillidir. Son Avropa çempionu DÇ-2022-nin pley-off-unda martın 24-də Şimali Makedoniya ilə üz-üzə gələcək. Qalib gələn komanda martın 29-da Portuqaliya - Türkiyə duelinin güclüsü ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi