Roberto Bordin: "Nəticə neqativdir, oyun ürəyimi açmadı"

Roberto Bordin: "Nəticə neqativdir, oyun ürəyimi açmadı" Nəticə neqativdir, oyun ürəyimi açmadı. Hesabı erkən açmaq istəyirdik. Ancaq bununla yanaşı, az risk etməliyidik. Rəqibin 5 müdafiəçi ilə oynayacağını bilirdik. İlk yarıda elə qol epizodları yarada bilmədik, çünki çox qapanmışdılar.
Futbol
16 Dekabr , 2019 20:21
Roberto Bordin: Nəticə neqativdir, oyun ürəyimi açmadı

"Nəticə neqativdir, oyun ürəyimi açmadı. Hesabı erkən açmaq istəyirdik. Ancaq bununla yanaşı, az risk etməliyidik. Rəqibin 5 müdafiəçi ilə oynayacağını bilirdik. İlk yarıda elə qol epizodları yarada bilmədik, çünki çox qapanmışdılar".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Kubokunun 1/4 final mərhələsində evdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

54 yaşlı italiyalı mütəxəssisin sözlərinə görə, fasilədən sonra daha yaxşı çıxış ediblər: "Tural Axundovun yaxşı imkanı oldu. Ancaq qol vura bilmədik. Səhvimiz oyunçuların tələsməsi, səbrsiz davranmaları idi. Emin Mahmudun dünənki məşqdən zədəsi vardı, ona görə də risk edib meydana buraxmadım. Amma Baqali Dabonu ikinci hissədə daxil etdik. Futbolçularımız tələsirdi, ikinci qolu da buraxa bilərdik".

Bordin bildirib ki, ilk görüşdən sonra üstünlük "Sumqayıt"ın tərəfindədir: "Çünki səfərdə 1:0 hesabı ilə qalib gəliblər. Bəzi futbolçular bu görüşdəki çıxışlarından dərs çıxarmalıdırlar. Əsas da əllərinə düşən qol imkanlarını reallaşdırmalıdırlar".

Son xəbərlər

Orphus sistemi