Roberto Bordin: "Neftçi" yenidən zirvəyə qayıtmaq istəyir"

Roberto Bordin: "Neftçi" yenidən zirvəyə qayıtmaq istəyir" "Bu klub da mənim kimi ambisiyalıdır"
Futbol
10 İyul , 2018 16:43
Roberto Bordin: Neftçi yenidən zirvəyə qayıtmaq istəyir
Report/Firi Salim

Bakı. 10 iyul. REPORT.AZ/ "Hələlik mən Azərbaycan futbolundakı reallıqların böyük hissəsini görə bilməmişəm. Çünki biz xaricdə təlim-məşq toplanışında idik". 

"Report"un məlumatına görə, bunu "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin repubblica.it nəşrinə açıqlamasında deyib.

53 yaşlı mütəxəssis özü kimi "Neftçi"nin də ambisiyalı olduğunu vurğulayıb: "Neftçi" yenidən zirvəyə qayıtmaq istəyir. Çempionatın aparıcı komandaları olan "Qarabağ" və "Qəbələ" ilə eyni mövqedə durmağa can atır. İlkin hədəf zirvəyə qayıtmaqdır".  

Qeyd edək ki, Roberto Bordin "Neftçi"yə iyunun 8-də baş məşqçi təyin olunub. Paytaxt klubu onunla 2 illik müqavilə imzalayıb. 

Son xəbərlər

Orphus sistemi