Bakı. 18 fevral. REPORT.AZ/ "Hər iki komandanın ifasında mübarizə, maraqlı oyun gördük. Həm "Neftçi", həm də "Kəpəz" istəkli idi. Komandalar qol imkanları yaratdılar, amma fərqlənə bilmədilər".
"Report"un məlumatına görə, bunu Azərbaycan Milli Komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqanın XIX turunun "Neftçi" - "Kəpəz" matçından sonra deyib.
Xorvatiyalı mütəxəssis çempionat qarşılaşmalarını əvvəlki qədər izləmədiyinə dair fikirlərlə razılaşmayıb: "Belə məlumatlar yanlışdır. Getdiyim oyunların sayı azalmayıb. Kifayət qədər matç izləyirəm".
Qeyd edək ki, "Neftçi" - "Kəpəz" matçında hesab açılmayıb - 0:0.