Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bu gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevlə görüşüb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Azərbaycan futbolu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, görüləcək işlərdən danışılıb.
Qeyd edək ki, Robert Prosineçki dekabrın sonlarınadək Topaz Premyer Liqasının oyunlarını, gələn ay isə Türkiyədəki təlim-məşq toplantılarını izləyəcək.