Robert Levandovskiyə "Duz Topu" mükafatı veriləcək

Robert Levandovskiyə "Duz Topu" mükafatı veriləcək Polşa millisinin və Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovskiyə ölkəsində "Duz Topu" mükafatı təqdim ediləcək.
Futbol
3 Dekabr , 2021 15:35
Robert Levandovskiyə Duz Topu mükafatı veriləcək

Polşa millisinin və Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovskiyə ölkəsində "Duz Topu" mükafatı təqdim ediləcək.

"Report"un məlumatına görə, bu barədə Veliçka bələdiyəsinin üzvü Kamil Yastşembski yerli mətbuata açıqlama verib.

O bildirib ki, dünyada duz hasilatı ilə məşhur olan Veliçka qəsəbəsinin sakinləri "Qızıl top"un təltifetmə mərasimində haqsızlıqla üzləşən 33 yaşlı hücumçuya dəstək məqsədilə bu addımı atıb.

Qeyd edək ki, "Qızıl top" mükafatını 7-ci dəfə Lionel Messi qazanıb.

Son xəbərlər

Orphus sistemi