Robert Levandovski: "Fantastik hisslər keçirirəm"

Robert Levandovski: "Fantastik hisslər keçirirəm" Almaniyanın "Bavariya" klubunun hücumçusu FIFA versiyası üzrə ilin ən yaxşı futbolçusu seçilməsini şərh edib.
Futbol
18 Dekabr , 2020 00:42
Robert Levandovski: Fantastik hisslər keçirirəm
Robert Levandovski
0 : 00
0 : 00

Almaniyanın "Bavariya" klubunun hücumçusu FIFA versiyası üzrə ilin ən yaxşı futbolçusu seçilməsini şərh edib.

"Report"un məlumatına görə, polşalı forvard "The Best" mükafatını qazanması ilə əlaqədar fantastik hisslər keçirdiyini bildirib.

"Açığı, çox qürurlu və xoşbəxtəm. Bu, özüm, komanda yoldaşlarım və klubum üçün böyük gündür. Belə bir nailiyyət təkcə mənə deyil, həmklublarıma, baş məşqçimizə və bütün "Bavariya"ya məxsusdur. Qəribə hisslərdir" deyə o vurğulayıb.

Qeyd edək ki, Robert Levandovski İtaliya "Yuventus"undan Kriştianu Ronaldu və İspaniya "Barselona"sından Lionel Messini üstələyib. "The Best" mükafatı "France Football" nəşrinin təqdim etdiyi "Qızıl top"dan fərqlənir. Bu il jurnal ən yaxşı futbolçunu seçməməyi qərara alıb.

Son xəbərlər

Orphus sistemi