Robert Levandovski Çempionlar Liqasında tarixi uğura imza atıb

Robert Levandovski Çempionlar Liqasında tarixi uğura imza atıb Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski Çempionlar Liqası tarixi uğura imza atıb.
Futbol
1215
30 Sentyabr , 2021 09:18
Robert Levandovski Çempionlar Liqasında tarixi uğura imza atıb
Robert Levandovski

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski Çempionlar Liqasında tarixi uğura imza atıb.

"Report" "OptaJose" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna Ukraynanın "Dinamo" (Kiyev) komandasına 5:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin II tur oyununda nail olub.

Dubl edən polşalı forvard turnirdə meydana çıxdığı görüşlərdə ardıcıl 18 qələbə qazanan ilk oyunçu olub.

Qeyd edək ki, "Bavariya" hazırda 6 xalla E qrupunun lideridir. Komanda III turda Portuqaliyada "Benfika"nın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi