Rıza Çalımbay: "Makkabi" və "Qarabağ"ı udub, üstünlük qazanacağıq"

Rıza Çalımbay: "Makkabi" və "Qarabağ"ı udub, üstünlük qazanacağıq" "Səfərdə "Vilyarreal"a 3 qol vurmaq asan deyil. Oyun ərzində konsentrasiyanı itirmədik. Amma müəyyən səhvləri etməməliydik. Buraxdığımız bəzi qollar adımıza yaraşmadı. Son iki qolda isə bəxtimiz gətirmədi. Bu komanda ilə evdəki matçı səbirsizliklə gözləyi
Futbol
23 Oktyabr , 2020 10:16
Rıza Çalımbay: Makkabi və Qarabağı udub, üstünlük qazanacağıq
Rıza Çalımbay

"Səfərdə "Vilyarreal"a 3 qol vurmaq asan deyil. Oyun ərzində konsentrasiyanı itirmədik. Amma müəyyən səhvləri etməməliydik. Buraxdığımız bəzi qollar adımıza yaraşmadı. Son iki qolda isə bəxtimiz gətirmədi. Bu komanda ilə evdəki matçı səbirsizliklə gözləyirik".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə "Sivasspor"unun baş məşqçisi Rıza Çalımbay UEFA Avropa Liqasının I qrupunun ilk turunda səfərdə "Vilyarreal"a 3:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, qrupun qalan 5 oyununda meydana ən yaxşı nəticə üçün çıxacaqlar: "Makkabi" ilə görüşdə qələbədən başqa heç nə fikirləşmirik. Qarşıdakı 2 matçı qazanıb, böyük üstünlük əldə edəcəyik. Yeganə məqsədimiz qalibiyyətdir. Zədəli futbolçularımız da qayıtdıqdan sonra hər şey daha yaxşı olacaq. Komandama güvənirəm".

Qeyd edək ki, "Sivasspor" oktyabrın 29-da İsrailin "Makkabi" (Təl-Əviv) klubunu, 1 həftə sonra isə "Qarabağ"ı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi