"River Pleyt" Libertadores Kubokunda qapıçısız oynaya bilər

"River Pleyt" Libertadores Kubokunda qapıçısız oynaya bilər Buna komandanın 4 qolkiperinin koronavirusa yoluxması səbəb olub
Futbol
19 May , 2021 09:12
River Pleyt Libertadores Kubokunda qapıçısız oynaya bilər

Argentinanın "River Pleyt" klubu Libertadores Kubokunun qrup mərhələsində Kolumbiya "Santa Fe"si ilə görüşə qapıçısız çıxa bilər.

"Report"un məlumatına görə, buna komandanın 4 qolkiperinin koronavirusa yoluxması səbəb olub.

Ümumilikdə 25 oyunçuda infeksiya aşkarlanıb. Klub Cənubi Amerika Futbol Konfederasiyasına (CONMEBOL) gənclər komandasından iki qapıçı əlavə etmək istəyi ilə müraciət edib, lakin rədd cavabı alıb.

Çünki Argentina təmsilçisi turnir başlamazdan əvvəl 50 futbolçu sifariş etmək hüququna malik olub, lakin iştirak ərizəsinə 32 oyunçunun adını daxil edib.

"Santa Fe" ilə oyunda qapıda yarımmüdafiəçi Entso Peresin dayanacağı ehtimal edilir.

Qeyd edək ki, mayın 21-də keçiriləcək "River Pleyt" - "Santa Fe" görüşü Bakı vaxtı ilə 04:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi