Riçard Almeyda: "Təcrübəmlə "Zirə"yə kömək edə biləcəyəm"

Riçard Almeyda: "Təcrübəmlə "Zirə"yə kömək edə biləcəyəm" Zirə"nin yeni transferi Riçard Almeydanın klubun mətbuat xidmətinə açıqlaması:
Futbol
26 Oktyabr , 2020 17:28
Riçard Almeyda: Təcrübəmlə Zirəyə kömək edə biləcəyəm
Riçard Almeyda

"Yenidən Azərbaycana qayıtdığıma görə şadam".

"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin yeni transferi Riçard Almeyda klubun Mətbuat xidmətinə açıqlamasında deyib.

Premyer Liqa təmsilçisinə keçidindən danışan braziliyalı yarımmüdafiəçi ailəsi ilə məsləhətləşdikdən sonra bu qərarı verdiyini bildirib: "Baş məşqçimiz Rəşad Sadıqov "Zirə"yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim. Bilirəm ki, Azərbaycan Premyer Liqasında iddialı komandalar çoxdur. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, öz təcrübəmlə "Zirə"yə kömək edə biləcəyəm".

Son xəbərlər

Orphus sistemi