Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı” “Neymarın zədələnməsi bir az kefimizə “soğan doğradı”.
Futbol
1 Dekabr , 2022 16:49
Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

“Neymarın zədələnməsi bir az kefimizə “soğan doğradı”.

Bunu “Report”a müsahibəsində “Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Braziliya yığmasının Qətərdə keçirilən dünya çempionatındakı çıxışı ilə bağlı danışarkən deyib.

Əslən Braziliyadan olan 33 yaşlı yarımmüdafiəçi “pentakampeonlar”ın aparıcı futbolçu Neymarsız da güclü olduğunu bildirib: “Braziliyanın yaxşı heyəti var. Millimiz Neymarsız da yaxşı səviyyədədir. İsveçrə ilə oyun bizim gözlədiyimiz səviyyədə alınmasa da, yekunda qələbə qazanaraq 1/8 final mərhələsinə vəsiqəni təmin elədilər”.

Almeyda DÇ-2022-də çıxışını bəyəndiyi komandaların adlarını da açıqlayıb. O, Fransa və İspaniyanın çıxışından xüsusi zövq aldığını vurğulayıb: “Onların oyunu xoşuma gəlir. Həmçinin Argentina startda Səudiyyə Ərəbistanına məğlub olsa da, ardından Meksika və Polşa üzərində qazandığı qələbələrlə özünəinamı qaytardı. Onları da hesabdan silmək olmaz. Həm individual baxımdan, həm də ümumilikdə pis komanda deyillər. Portuqaliyanın Uruqvayla oyununu izlədim, Portuqaliya da ancaq xoş sözlərə layiqdir. Adlarını sadaladığım komandaların oyunlarını izləmək mənə zövq verir. Ümumiyyətlə, dünya çempionatının heç bir oyununu qaçırmaq istəmirəm. Məşqin saatları ilə üst-üstə düşməyəndə bütün matçlara baxmağa çalışıram”.

Ağdam klubunun futbolçusu ABŞ və Ekvador yığmalarının sərgilədiyi oyuna təəccübləndiyini də gizlətməyib: “ABŞ-ın oyunu diqqətimi çəkib. Bundan başqa, qrupun son turunda Seneqala məğlub olaraq turnirlə vidalaşsa da, Ekvador millisi məni təəccübləndirdi”.

Riçard Almeydanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi