Riçard Almeyda: "Məğlubiyyəti də bacarmaq lazımdır"

Riçard Almeyda: "Məğlubiyyəti də bacarmaq lazımdır" Düşünürəm ki, çox gözəl oyun göstərdik. Kollektiv şəkildə baxımlı futbol oynadıq, baş məşqçinin bütün istədiklərini həyata keçirməyə çalışdıq. Məncə, bu, bizdə alındı. Amma bir səhv nəticəsində, təəssüf ki, finala adlaya bilmədik.
Futbol
1 May , 2019 20:55
Riçard Almeyda: Məğlubiyyəti də bacarmaq lazımdır

"Düşünürəm ki, çox gözəl oyun göstərdik. Kollektiv şəkildə baxımlı futbol oynadıq, baş məşqçinin bütün istədiklərini həyata keçirməyə çalışdıq. Məncə, bu, bizdə alındı. Amma bir səhv nəticəsində, təəssüf ki, finala adlaya bilmədik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri cavab görüşündən sonra deyib.

Səfərdə 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi bu gün evdə qol buraxdığı üçün mübarizəni dayandırıb. 

Almeyda artıq bu matçı unutmalı olduqlarını vurğulayıb: "Bizim üçün bütün oyunlar vacibdir. Təəssüf ki, bu gün finala vəsiqə şansını əldən verdik. Kim finalda oynamaq istəməz ki?! Lakin bu alınmadı. Üç gün sonra "Səbail"ə qarşı daha bir vacib matçımız olacaq. Artıq bugünkü görüşü unudub həmin görüşə hazırlaşacağıq".

Əslən braziliyalı oyunçu vurduqları hər iki qoldan sonra "Qəbələ"nin təhlükəli hücumlar qurmasına da münasibət bildirib: "Qəbələ" bu gün bütün ümidini əks-hücumlara bağlamışdı. Buraxdığımız qol epizodunda da demək olmaz ki, vəziyyəti onlar yaratdı. Müdafiəçinin uzun ötürməsindən sonra fərqləndilər. Bizim isə daha bir neçə qol şansımız oldu. Fikrimcə, daha 1-2 top vura bilərdik".

Almeyda Azərbaycan Premyer Liqasındakı mübarizə barədə də danışıb. O, çempionluq titulunu rəqibin sırf "Neftçi" olmasına görə arzulamadıqlarını söyləyib: "Futbolçu rəqibdən asılı olmayaraq, hər zaman titul qazanmaq istəyir. Rəqibin "Neftçi" və ya başqa komanda olmasını düşünmürük. Titul istənilən halda tituldur. Azarkeşlər arasında gərginlik ola bilər. Bu hətta bəzən söyüş həddinə çatır. Ancaq biz futbolçu olaraq meydanda bir-birimizə hörmətlə yanaşmalıyıq. Təkcə "Neftçi" yox, "Qəbələ" də bizim rəqibimiz sayılır".

30 yaşlı futbolçu oyun zamanı bir neçə dəfə yaranmış gərginliyə də münasibət bildirib. O xüsusən də qarşılaşmadan sonra komanda yoldaşı Miçelin qırmızı vərəqə almasından danışıb: "Miçel bir az çılğın, Voyislav Stankoviç isə təxribatı xoşlayan oyunçudur. Amma məğlub olmağı da bacarmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi