“Reyncers”in futbolçusu Azərbaycan millisi ilə oyunda debüt edə bilər

“Reyncers”in futbolçusu Azərbaycan millisi ilə oyunda debüt edə bilər Şotlandiyanın “Reyncers” klubunun futbolçusu Nikolas Raskin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyunda Belçika yığmasının heyətində debüt edə bilər.
Futbol
29 Avqust , 2023 14:00
“Reyncers”in futbolçusu Azərbaycan millisi ilə oyunda debüt edə bilər

Şotlandiyanın “Reyncers” klubunun futbolçusu Nikolas Raskin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyunda Belçika yığmasının heyətində debüt edə bilər.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Domeniko Tedesko 22 yaşlı yarımmüdafiəçiyə qarşıdakı matçlar üçün dəvət göndərməyi planlaşdırır.

Mütəxəssisi buna vadar edən əsas səbəb orta sahə ilə bağlı yaranan problemdir. Məsələ burasındadır ki, aparıcı yarımmüdafiəçi Kevin De Bruyne zədədən əziyyət çəkir. Həmçinin Yuri Tilemans, Leander Dendonker, Çarlz De Keteler kimi oyunçular formadan uzaqdırlar.

Raskinin “Reyncers”in heyətində Çempionlar Liqasının təsnifat mərhələlərindəki çıxışı Tedeskonu məmnun edir.

Qeyd edək ki, F qrupu çərçivəsində sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika yığması bundan üç gün sonra Estoniyanı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi