Bakı. 21 aprel. REPORT.AZ/ Bakının "Rəvan" klubunun 16 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatında mübarizəni dayandırıb.
"Report"un məlumatına görə, klub bununla bağlı AFFA-ya məktub ünvanlayıb.
Həmin məktubu nəzərə alaraq, İntizam Komitəsinin qərarı ilə “Rəvan” U-16 liqasında keçirilən yarışlardan kənarlaşdırılıb. Klub oyunların 50%-dən çoxunu keçirdiyinə görə növbəti oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.