Respublika stadionunun sabiq direktoru vəfat edib

Respublika stadionunun sabiq direktoru vəfat edib Akif İsmayılov sabah dəfn olunacaq
Futbol
1086
26 Fevral , 2016 14:24
Respublika stadionunun sabiq direktoru vəfat edib

Bakı. 26 fevral. REPORT.AZ/ Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Akif İsmayılov vəfat edib. "Report"un məlumatına görə, A.İsmayılov on günə yaxındır müalicə aldığı özəl klinikalardan birində 52 yaşında ikən dünyasını dəyişib.

Əvvəllər böyrəyindən əməliyyat olunmuş A.İsmayılov bu yaxınlarda soyuqdəymə nəticəsində sətəlcəm keçirib. Klinikada reanimasiya şöbəsinə yerləşdirilən sabiq direktorun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum bu gün dəfn olunacaq.

Qeyd edək ki, Akif İsmayılov 1999 - 2015-ci illərdə Respublika stadionunun direktoru olub.    

Son xəbərlər

Orphus sistemi