Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Yunanıstan yığması ilə qarşılaşacaq

Futbol
  • 02 aprel, 2018
  • 16:15
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Yunanıstan yığması ilə qarşılaşacaq

Bakı. 2 aprel. REPORT.AZ/ 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirəcək.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv mayın 16-da Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Görüş Bakıda baş tutacaq.