Rəşad Sadıqov: "Yenə oynamaq olardı"

Rəşad Sadıqov: "Yenə oynamaq olardı" Hazırda iki hissi özümdə yaşayıram. Özümü həm böyük boşluğa düşmüş kimi, həm də yükün çiynimdəm düşməsini hiss edirəm. Qarabağda sonra dönəmdə oynadığımız matçlar, daşıdığımız məsuliyyətin yükü çox ağır idi. Bu misiyanın bitməsinə hardasa sevinirsən və üzülürsən. Üzülürsən ki, böyük oyunlarda iştirak edə bilməyəcəyəm. Böyük matçlarda həzz aldığımız məqamlar var ki, onlardan məhrum olacağıq. O biri tərəfən baxanda bu böyük məsuliyyətdir. Düşünürəm ki, əlimizdən gələn qədər bunun öhdəsindən gəldim. Pis də alınmadı.
Futbol
27 İyun , 2020 13:10
Rəşad Sadıqov: Yenə oynamaq olardı

"Hazırda iki hissi özümdə yaşayıram. Özümü həm böyük boşluğa düşmüş kimi, həm də yükün çiynimdəm düşməsini hiss edirəm. "Qarabağ"da sonra dönəmdə oynadığımız matçlar, daşıdığımız məsuliyyətin yükü çox ağır idi. Bu misiyanın bitməsinə hardasa sevinirsən və üzülürsən. Üzülürsən ki, böyük oyunlarda iştirak edə bilməyəcəyəm. Böyük matçlarda həzz aldığımız məqamlar var ki, onlardan məhrum olacağıq. O biri tərəfən baxanda bu böyük məsuliyyətdir. Düşünürəm ki, əlimizdən gələn qədər bunun öhdəsindən gəldim. Pis də alınmadı". 

Bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib.

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi qərarına ən çox hansı amilin təsir etdiyini açıqlayıb. 

Sadıqov bildirib ki, karyerasını bitirməsi güclə bağlı deyil: "Güclə bağlı problem yaşamırdım. Ən əsası məsuliyyət idi. 35 yaşımdan sonra hər mövsümün sonu karyeramı bitirmək barədə fikirləşirdim. Artıq 38 yaşım var idi. Bu il çox qəti qərar verdim. Amma oynamaq olardı, bundan sonra "Qarabağ"ın heyətində 38 yaşlı oyunçu yox, daim oynaya biləcək biri çıxış etməlidir. Bu, klubun və Azərbaycan futbolunun gələcəyi üçün daha xeyirli olacaq".  

Son xəbərlər

Orphus sistemi