Rəşad Sadıqov: "Xırda səhvlərdən qələbəni əldən verdik, hətta məğlub olduq"

Rəşad Sadıqov: "Xırda səhvlərdən qələbəni əldən verdik, hətta məğlub olduq" "Məğlub olmaq istəməzdik, məncə, uduzmağa layiq deyildik"
Futbol
16 May , 2018 22:50
Rəşad Sadıqov: Xırda səhvlərdən qələbəni əldən verdik, hətta məğlub olduq
Rəşad Sadıqov

Bakı. 16 may. REPORT.AZ/ Yoldaşlıq görüşündə Gürcüstandan olan həmyaşıdlarına uduzan (1:2) Azərbaycanın U-20 millisinin baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, Sadıqov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Maraqlı oyun alındı. Yaxşı, sürətli oyun getdi. Hər iki komanda kombinasiyalı oyuna üstünlük verdi. Çoxlu qol epizodları oldu. Düşündüyüm çox şey meydanda alınırdı. Xırda səhvlərdən qələbəni əldən verdik, hətta məğlub olduq. Məğlubiyyət üzücüdü. Məğlub olmaq istəməzdik. Məncə, uduzmağa layiq deyildik.

Komanda qol buraxdıqdan dərhal sonra daha bir qol buraxdı...

- Bu, həmişə olur. Komanda bir qol buraxdıqdan sonra konsentrasiya itir. Futbolda belə şeylər tez-tez baş verir.

Ən çox nədən narazı qaldız?

- Komanda yenidir. Ümumən razı qaldım. Narazı qaldığım məqam isə budur ki, beynəlxalq görüşlər ən xırda səhvləri belə bağışlamır.

Bu gün limitsiz əvəzetmə var idi. Bu, kimin təşəbbüsü idi?

- Oyundan öncə bu barədə danışığımız oldu. Sonra belə ortaq qərara gəldik ki, əvəzetmə limitsiz olsun. Mən də çox oyunçuya şans verdim. Elə oyunçular meydana çıxdı ki, ilk dəfə millidə şans qazandılar. İlk oyundur, səhvlərin olması normaldır. Uduzmaq istəməzdik. Mənim də öz planlarım var idi.

Ozancana niyə ikinci hissədə şans verdiz?

- Ozancanı tanıyıram. Buna görə, start heyətində Kamran Əliyevə şans verdim.

Bundan sonra planınız necədir? Bu oyunçulardan hansılar U-21-ə cəlb olunacaq?

- 27-nə kimi bir yerdə olacağıq. Bundan sonra qərar verəcəyik, kimlər U-21-də olacaq, kim klubuna qayıdacaq. Bu gündən sonra hamı klubuna qayıdacaq. Növbəti turda komandalarında olacaqlar. Daha sonra isə yenidən yığmaya qayıdacaqlar.

Rusiyaya səfərinizin səbəbi nə idi?

- Orda 2000, 1998, 1999-cu il təvəllüdlü futbolçular var. Onları izləmək istədim. Kamranın milliyə cəlb edilməsi barədə də söhbət oldu. Türkiyəyə də, Ukraynaya da gedəcəyəm. Orada olan futbolçularımızla da maraqlanacağam. Elə oyunçular var ki, gəlmək istəmir, onlarla da danışacağam.

Bu gün kimin oyunundan daha çox razı qaldız?

- Ümumi götürsək, hamının oyunundan razı qaldım.

“Qəbələ” ilə matçda oynayacaqsız?

- Bəli, həmin oyuna optimal heyətdə çıxacağıq.

Riçard Almeydann komandadan ayrılması gündəmdədi. Bir kapitan kimi onun komandada qalması üçün danışa bilərsiz?

- Ona çox ciddi təkliflər var. Bir, iki komandadan deyil. O özü belə qərara gələ bilməyib. Müqavilə müddətinin sonuna kimi can-başla mübarizə apardı. Yeni təklif var deyə özünü zədədən qorumadı. Riçard mənim üçün dostdur. Onun oyununa baxanda həmişə həyəcanlanacağam. Çox istərdim ki, bundan sonra da uğurlu olsun.

“Qarabağ”da gedənlər çoxdur. Komandanı yenidən qurmaq çətin olmayacaq ki?

- Əlbəttə, çətin olacaq. Bir neçə il idi ki, komanda bir yerdə oynayırdı, komplektləşmişdi. Bizim üçün ən çətin transfer dönəmi olacaq. Yaxşı futbolçu tapmaq çətindir. Bizə deyirlər ki, niyə güclü futbolçu transfer etmirsiz? Gəlmirlər, vallah gəlmirlər. Baxırlar ki, çempionatda 8 komanda var. 4-5-i süni örtükdə oynayır, azarkeş sayı azdı. Bizi rezerv kimi 2-ci, 3-cü planda saxlayırlar ki, digərləri alınmasa, bura gəlsinlər.

Son xəbərlər

Orphus sistemi