Rəşad Sadıqov: "Qarabağ" böyük istək və motivasiya ilə oynayırdı"

Rəşad Sadıqov: "Qarabağ" böyük istək və motivasiya ilə oynayırdı" "Bu oyuna ümidlə hazırlaşmışdıq. Bəzən "Neftçi" və "Qarabağ" kimi komandaya qarşı müdafiəyə meyilli oynamağa çalışırsan. Amma bu gün öz oyunumuzu sərgiləməyə başladıq və çox dəyişiklik etmədik".
Futbol
19 Mart , 2022 21:25
Rəşad Sadıqov: Qarabağ böyük istək və motivasiya ilə oynayırdı

"Uğurlu seriya yaxalamışdıq və bu oyuna ümidlə hazırlaşmışdıq. Bəzən "Neftçi" və "Qarabağ" kimi komandaya qarşı müdafiədən oynamağa çalışırsan. Amma bu gün öz oyunumuzu sərgiləməyə başladıq və çox dəyişiklik etmədik".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis ilk hissədə yaxşı çıxış etmədiklərini söyləyib: "Fasilədən sonra qol imkanlarımızın olacağını düşünürdük. Penaltidən sonra hər şey həll oldu. "Qarabağ" kimi komanda ilə qarşılaşmada 0:2 hesabı ilə geridəsənsə, qarşılaşmanı xeyrinə çevirmək çətin olur. Hər oyunda qalib gəlmək də mümkün deyil. Bir az şansın da olmalıdır. Rəqib böyük istəklə və motivasiya ilə oynayırdı. Bu gün ilk saniyədən sonadək eyni tempdə davam etdilər. Belə olan halda sən də daha ürəkli olmalısan. Bunu edə bilmədik".

Sadıqov komandada yorğunluğun olmadığını sözlərinə əlavə edib: "Penalti epizodunadək rəqib böyük üstünlüklə oynayırdı. 0:1 təhlükəli hesab deyil. Penaltiyə gəldikdə isə bu, penalti idisə, Qəbələdəki nə idi? Təmkin Xəlilzadənin qolu oyundan kənar vəziyyət idi? Hakimlikdən danışıb rəqibin uğuruna kölgə salmaq istəmirəm".

Baş məşqçi növbəti turlarda "Neftçi" və "Sabah"la qarşılaşacaqlarını xatırladıb: "Əvvəldən proqnoz vermək çox çətindir. Bu gün “Qarabağ”la çempionluq mübarizəsi aparmağımız real görünmür. Mövsümün əvvəlində çoxsaylı hakim səhvləri olmasaydı, bu gün fərq az ola bilərdi. “Qarabağ”la çempionluq uğrunda mübarizə apara biləcək komanda “Neftçi”dir. Digər komandalar 3-cülüyə oynayır. Ağır qrafikə düşmüşük. 4 çətin oyunun 3-ü səfərdədir. Çalışacağıq ki, qarşıdakı oyunlardan xallar qazanaq".

Mütəxəssis hədəflərinin avrokuboka düşmək olduğunu sözlərinə əlavə edib: "Ancaq əlbəttə mükafat qazanmağı və çempion olmağı hamı istəyər. Nə qədər alınacağını zaman göstərəcək. “Qəbələ” ilə “Sabah” da yaxşı performans göstərir. Avrokuboka düşmək də çətindir".

Sadıqov Cəlal Hüseynovun U-21 yığmasına, Davit Volkovun Gürcüstan millisinə dəvət aldığını xatırladıb: "Bir tərəfdən milli üzvlərinin çox olmasını istəyirsən, digər tərəfdən oyunçuların qalıb hazırlaşmasını. Amma yığma da vacibdir. Nə qədər çox futoblçu dəvət alsa, sevinərik".

Son xəbərlər

Orphus sistemi