Rəşad Sadıqov Premyer Liqada baş məşqçi kimi 100-cü oyununu keçirib

Rəşad Sadıqov Premyer Liqada baş məşqçi kimi 100-cü oyununu keçirib Rəşad Sadıqov Azərbaycan çempionatlarında baş məşqçi kimi 100-cü oyununu keçirib.
Futbol
2 Oktyabr , 2023 11:37
Rəşad Sadıqov Premyer Liqada baş məşqçi kimi 100-cü oyununu keçirib
Rəşad Sadıqov

Rəşad Sadıqov Azərbaycan çempionatlarında baş məşqçi kimi 100-cü oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin yubileyi "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın VIII turunun matçına təsadüf edib.

Yalnız bir klubda çalışan Sadıqov bu matçların hamısında “qartallar”ın “sükanı arxasında" olub.

2020-ci ilin yayından qəsəbə klubuna rəhbərlik edən Sadıqov 2020/21 və 2021/22 mövsümlərinin hərəsində 28, ötən çempionat 36 görüşün iştirakçısı olub. Cari mövsümün 8 qarşılaşmasını da nəzərə alsaq, mütəxəssis bu matçlarda 39 qələbə, 34 heç-heçə və 27 məğlubiyyətə şahid olub.

Qeyd edək ki, Sadıqov Azərbaycan çempionatları tarixində ən azı 100 matçda baş məşqçi olan 30-cu mütəxəssisdir.

Son xəbərlər

Orphus sistemi