Kapitan nömrəsinin əbədiləşdirilməsini istəmir

Kapitan nömrəsinin əbədiləşdirilməsini istəmir İstəmərəm ki, Qarabağda 14 nömrə əbədiləşdirilsin.
Futbol
27 İyun , 2020 13:51
Kapitan nömrəsinin əbədiləşdirilməsini istəmir

"İstəmərəm ki, "Qarabağ"da 14 nömrə əbədiləşdirilsin". 

Bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib.

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi buna layiq olmağın çətinliyini bildirib. Sadıqov Azərbaycanda hələ ki forması əbədiləşdiriləcək oyunçunun olmadığını sözlərinə əlavə edib: "Sənin klub qarşısında ələ bir əməyin olmalıdır ki, elə bir hadisə baş verməlidir ki, forma əbədiləşdirilsin. Bizdə elə bir futbolçu yoxdur. Bəlkə gələcəkdə elə oyunçu olacaq. Amma hələ ki, elə futbolçu görmürəm ki, forması əbədiləşdirilsin". 

Son xəbərlər

Orphus sistemi