Rəşad Sadıqov: "Komandamdan razıyam"

Rəşad Sadıqov: "Komandamdan razıyam" "Oyunun həlledici məqamları ilk iki qol oldu. Bizim də imkanlarımız oldu. Rəqib səhvlərimizdən sonra fərqləndi, biz isə kombinasiyalı hücumlar qurduq. Sevindirici məqam odur ki, uşaqlar oyundan qopmadılar. Onlardan razıyam".
Futbol
21 İyul , 2022 22:23
Rəşad Sadıqov: Komandamdan razıyam

"Oyunun həlledici məqamları ilk iki qol oldu. Bizim də imkanlarımız oldu. Rəqib səhvlərimizdən sonra fərqləndi, biz isə kombinasiyalı hücumlar qurduq. Sevindirici məqam odur ki, uşaqlar oyundan qopmadılar. Onlardan razıyam".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Bakıda İsrailin "Makkabi" (Təl-Əviv) komandasına 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis komandasına inandığını bildirib: "Səhvlər olmasaydı, böyük hesabla uduzmayacaqdıq. Bununla belə, oyunda yeni səviyyəyə qalxdığımızı gördüm. Səhvsiz futbol olmur. Rəqibdən nə gözləyirdiksə, onu da meydanda gördük. Bu gün məqsədimiz dağıdıcı yox, yaradıcı, kombinasiyalı oyun nümayiş etdirmək idi. Məsələn, kubokun finalında müdafiədən oynayırdıqsa, bu dəfə məqsədimiz belə deyildi".

O, böyükhesablı məğlubiyyətə baxmayaraq, cavab oyununda sonadək mübarizə aparacaqlarını söyləyib: "Səfərə gedəndə əlimizi yanımıza salmayacağıq".

Sadıqov yeni transferlər Rəhim Sadıxovla Rüstəm Əhmədzadənin çıxışını da dəyərləndirib: "Sadıxovun oyunundan razı qaldım. Ola bilər ki, ilk dəqiqələrdə özünü göstərə bilmədi. Amma vaxt keçdikcə topla davranışı qaydasına düşdü. Əhmədzadə də özünü yaxşı tərəfdən göstərdi. Onu ehtiyatda oturtmağı düşünmürəm".

Baş məşqçi heyəti genişləndirməyə çalışdıqlarını vurğulayıb: "Çünki komandamız əsasən gənclərdən qurulub. Yeni transferlər etməsək, mövsüm öncəsi işimiz çətin olacaq. Yaxşı legioner almağı düşünürük. Ad xatirinə transfer etmək istəmirik".

Qeyd edək ki, cavab qarşılaşaması iyulun 28-də Təl-Əvivdə olacaq.

Son xəbərlər

Orphus sistemi