Rəşad Sadiqov: "Karyera barədə qərarımı 1 həftəyə açıqlaya bilərəm"

Rəşad Sadiqov: "Karyera barədə qərarımı 1 həftəyə açıqlaya bilərəm" Bakı. 12 may. REPORT.AZ/ Neftçi klubunun futbolçusu Rəşad Sadiqov Topaz Premyer Liqasının XXVII turunda Səbaili 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
347
12 May , 2018 23:19
Rəşad Sadiqov: Karyera barədə qərarımı 1 həftəyə açıqlaya bilərəm

Bakı. 12 may. REPORT.AZ/ "Neftçi" klubunun futbolçusu Rəşad Sadiqov Topaz Premyer Liqasının XXVII turunda "Səbail"i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report"un məlumatına görə, o, öncə oyun haqqında danışıb:

- Avropa Liqasına düşmək şansımız artıb. 7-ci yerdən 3-cü pilləyə qədər irəliləmişik. Buna baxmayaraq Gəncədə çətin səfər oyunumuz var. "Səbail"lə matçda ilk 15 dəqiqə komanda üçün ağır keçdi. Qoldan sonra daha da rahatlaşdıq və layiqli qələbə qazandıq.

- Meydanda nəticələr yaxşı olsa da, komandanın ətrafında söz-söhbətlər səngimir. Bu cür məsələlər futbolçulara necə təsir edir?

- Futbolçularla oyunlardan öncə özüm də danışıram. Öz aramızda söhbət də edirik. Baş verənlərin futbolçulara aidiyyatı yoxdur. Həmişə demişəm ki, heç bir şeyə qarışmayın. Futbolunuzu oynayın. Çünki biz "Neftçi"ni təmsil edirik. Bu ada layiqli şəkildə çıxış etməliyik.

- Bəzi oyunlarda baş məşqçi sizə şans vermir. Söz-söhbətlər də gəzir ki, komandadan ayrılacaqsınız.

- Bəzi oyunlarda oynayıram. Elələri də olur ki, ehtiyatda qalıram. Komanda qələbə qazananda digər matçlarda da həmin heyətlə oynayır. Baş məşqçi qələbə qazanan heyəti çox vaxt dəyişmir. Ona görə də heç bir problem yoxdur.

- "Neftçi"dən gedəsi olsanız karyeranızı bitirəcəksiniz?

- Sözün düzu, bu barədə fikirləşirəm. Qərarımı 1 həftəyə açıqlaya bilərəm.

- "Neftçi” yeni müqavilə təklif etsə necə olacaq?

- Onda komandada qalaram və kömək etməyə çalışaram.

- Məşqçilik barədə fikirləşmisiniz?

- Yox, istəmirəm. Əsəblərim gərgin olduğuna görə, məşqçilik mənim üçün çətin məsələdir. Hər komandada 22-25 futbolçu olur. Hər birinin "kapriz"i ilə oynamalısan. Hamısının xarakteri eyni olmur. İstəmirəm ki, əsəblərimi daha da pozum.

- Bəs futbolda qalmağı düşünürsünüz?

- Hələ tam qərar verməmişəm. Karyeramı başa vurandan sonra bi raz fikirləşəcəyəm. Amma məşqçiliyi istəmirəm.

- Çox şey Tərlan Əhmədovun qalıb-qalmamağından asılı olacaq?

- Əlbəttə. Mən istərdim ki, o qalsın. Komandaya birlikdə gəlmişik. Biz gələndə komandanın 1 xalı var idi. 7-ci yerdə idi. Baş məşqçi məni də dəvət etdi. Əlimizdən gələni də edirik.

- "Kəpəz” artıq I Diviziona düşüb. Həmin oyun nə dərəcədə çətin olacaq?

- O komanda sonuncu yerdə getsə də, Gəncə səfəri çətin olur. Orda qələbə qazanmaq asan deyil. Qələbə qazanmağa çalışacağıq. Başqa şansımız yoxdur. Ancaq qələbə barədə fikirləşməliyik.

Son xəbərlər

Orphus sistemi