Rəşad Sadıqov: "İngilis dilini mükəmməl şəkildə öyrənmək istəyirəm"

Rəşad Sadıqov: "İngilis dilini mükəmməl şəkildə öyrənmək istəyirəm" Azərbaycan millisinin və Qarabağın sabiq kapitanı Rəşad Sadıqov ölkə xaricində məşqçi kimi işləmək istəyir.
Futbol
27 İyun , 2020 13:29
Rəşad Sadıqov: İngilis dilini mükəmməl şəkildə öyrənmək istəyirəm

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov ölkə xaricində məşqçi kimi işləmək istəyir. 

38 yaşlı keçmiş müdafiəçi bu barədə “Report”un “Instagram” səhifəsindəki canlı yayımda deyib. Sadıqov ingilis dilini öyrənməyi qarşısına şərt qoyduğunu bildirib. 

Keçmiş oyunçu bu dili bir az bildiyini sözlərinə əlavə edib: "Amma bu yetərli deyil. Futbolçu ilə birbaşa ünsiyyət qura bilməyəcəyəmsə, onun beyninə girə bilməyəcəyəm. Bu səbəbdən qarşıma məqsəd qoymuşam ki, dili öyrənməliyəm. İspan və portuqal dillərini də öyrənmək niyyətindəyəm. İmkan olan kimi mükəmməl şəkildə buna yiyələnmək istəyirəm".

Son xəbərlər

Orphus sistemi