Rəşad Sadıqov: "Lüksemburqun idman naziri təxribata görə bizdən üzr istədi"

Rəşad Sadıqov: "Lüksemburqun idman naziri təxribata görə bizdən üzr istədi" İkinci qoldan sonra qapı arxasından dron uçduğunu gördük. Buna bayraq da deməzdim, əski adlandırardım.
Futbol
4 Oktyabr , 2019 02:25
Rəşad Sadıqov: Lüksemburqun idman naziri təxribata görə bizdən üzr istədi

"İkinci qoldan sonra qapı arxasından dron uçduğunu gördük. Buna bayraq da deməzdim, əski adlandırardım".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Lüksemburqda "Düdelanj"la oyun zamanı baş vermiş erməni təxribatı barədə danışarkən deyib.

Otuz yeddi yaşlı müdafiəçi bildirib ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "bayrağ"ının yerə enməməsinə çalışıblar: "Bu barədə hakimlə danışdıq. O da bizə qarşı tədbir görmədi, bunu anlayışla qarşıladı. Əski də yerə enmədi. Fasilə zamanı Lüksemburqun idman naziri bizdən üzr istədi. O əski yenə qalxsaydı, oynamayacaqdıq. Hakim də dedi ki, yenə belə şey görünsə, oyunu dayandıracaq. Futbolçular da var gücləri ilə oyunlarını davam etdirdilər".

Sadıqov bildirib ki, yaranmış fasilə zamanı diqqətli olmağa çalışıblar: "Həmin anda qarışıqlıq idi. Atacağımız hər hansı sərt addım bizə sarı vərəqə bahasına başa gələ bilərdi".

Kapitan "Qarabağ"ın qrupdan çıxma şansları barədə fikirlərə isə belə reaksiya verib: "Kim "Qarabağ"ı istəyirsə, qrupdan çıxmaq barədə danışmasın. İndi sadəcə, APOEL-lə matçları düşünməliyik. Hər bir matça final kimi yanaşaraq, hazırlaşmalıyıq".

Qeyd edək ki, "Qarabağ" "Düdelanj"ı böyük hesabla yenib - 4:1.

Son xəbərlər

Orphus sistemi